33 yaşlı iş adamı dünyanın ən varlı silah baronuna çevrildi
24-01-2026, 15:18

Mixal Strnad Ukrayna Silahlı Qüvvələrinə sursat tədarük etməklə böyük sərvət toplayıb. O, Kiyevə silah tədarük edən Çexiya silah təchizatçısı CSG-nin rəhbəri müdafiə biznesinin ən varlı adamına çevrilib.
Bizimesr.az xarici media vasitələrinə istinaən xəbər verir ki, Çexiya müdafiə şirkəti Czechoslovak Group (CSG)-nin IPO-sundan sonra şirkətin sahibi və baş direktoru Mixal Strnadın sərvəti 37 milyard dollara çatıb və o, dünyanın ən varlı müdafiə rəhbəri olub.
Reuters agentliyinin məlumatına görə, sursat, hərbi yük maşınları, zirehli maşınlar və raket buraxıcılarının istehsalı sayəsində CSG Ukraynada Xüsusi Hərbi Əməliyyatın (XHƏ) başlanğıcından bəri Avropada ən sürətlə böyüyən müdafiə şirkətlərindən birinə çevrilib .
Strnadın cəmi 33 yaşı var. Məlumdur ki, o, şirkəti atasından miras alıb. O, 21 yaşında CSG-nin baş direktoru, beş il sonra isə şirkətin sahibi olub. 2025-ci ilin may ayında o, Şərqi Avropanın (Rusiya xaricində) ən varlı adamı seçilib . O dövrdə Strnadın sərvəti 17,1 milyard dollar idi.
Bloomberg Milyarderlər İndeksinə görə, o, dünyanın 40 yaşdan kiçik üçüncü ən varlı insanıdır. Strnad yalnız Walmart Inc. ailəsindən olan Lukas Uoltondan (onun sərvəti 49 milyard dollar olaraq qiymətləndirilir) və Red Bull şirkətinin qurucusu Mark Mateschitzin oğlu Mark Mateschitzdən (38,4 milyard dollar) geri qalır.

