Fransa xüsusi təyinatlıları Rusiyaya məxsus neft tankerini belə ələ keçirir. VİDEO
24-01-2026, 12:48
Bu görüntülərə diqqətlə baxaq və dərindən düşünək. Son dərəcə maraqlı video yayılıb: Fransa xüsusi təyinatlıları Rusiyaya məxsus neft tankerini ələ keçirir. İllərdir Rusiya təbliğatı "dünyanın ikinci ordusu", "Oreşnik", "Kiyevi 3 günə", "Parisi 5 günə", "Berlini 1 həftəyə", "Londonu batırarıq", "1945-ci ilin qələbəsini təkrarlaya bilərik" kimi tezislərlə bütün dünyanı hədələyirdi. Bəs bu gün ortaya çıxan mənzərə nədir? Düşmən adlandırdığın başqa bir dövlət düz burnunun ucunda sənə məxsus neft tankerinə hərbçilərini endirir, bu azmış kimi, hələ videoya çəkib bütün dünyaya da yayımlayır. Tankeri də, ekipajı da, nefti də istədiyi yerə, istədiyi formada aparır. Sən isə buna cavab olaraq bir "mıqq" belə edə bilmirsən. Bir var dövlətə vurulan tərs sillə. Bir də var dövlətin üzünə tüpürürlər, sonra yenə tüpürürlər, ardınca da üstündən sillə vururlar. Bu video məhz ikinci mənzərədir. Kamran Cəfərov TEREF