Hamiləlik zamanı ikinci övladına hamilə qaldı - Fotolar
28-01-2026, 11:44

24 yaşlı Braziliya sakini Ketlin Nikol Ramos Santos tibb dünyasında olduqca nadir rast gəlinən hadisə ilə gündəmə gəlib. Gənc qadın hamilə olduğu halda ikinci dəfə hamilə qalıb.
Oxu24.com xəbər verir ki, Ketlin başına gələnlərə uzun müddət inanmadığını deyib. İlk dəfə hamilə olduğunu öyrəndikdə sevincinin həddi-hüdudu olmayıb. Lakin bir müddət sonra hamiləlik əlamətləri güclənib və o, yenidən analiz vermək qərarına gəlib. Nəticələr ailəni və yaxınlarını şoka salıb.
Əlavə müayinələr inanılmaz faktı təsdiqləyib: Ketlin müxtəlif vaxtlarda hamilə qalaraq eyni anda iki uşaq gözləyirmiş. Bu son dərəcə nadir vəziyyət tibb ədəbiyyatında superfetasiya adlanır. Bu zaman qadın artıq hamilə olduğu halda yenidən yumurtlayır və birincidən günlər və ya həftələr sonra ikinci hamiləlik baş verir.
Ultrasəs müayinəsi zamanı həkimlər döllərin inkişafında nəzərəçarpacaq fərq aşkar ediblər. Körpələrdən biri digərindən təxminən bir həftə kiçik olub. Buna görə də hamiləlik dərhal yüksək riskli kimi qiymətləndirilib və gələcək anaya maksimum istirahət, həmçinin daimi tibbi nəzarət tövsiyə olunub.
Ketlin bu qeyri-adi hamiləlik barədə hələ 2021-ci ildə məlumat aldığını, lakin uzun müddət hekayəsini ictimaiyyətlə bölüşməyə cəsarət etmədiyini bildirib. Yalnız indi o, yaşadıqlarını açıq şəkildə danışmağa qərar verib.


