"Naməlum obyektlər" peyda oldu, hava limanına giriş bağlandı

28-01-2026, 00:14           
"Naməlum obyektlər" peyda oldu, hava limanına giriş bağlandı
Vilnüs Beynəlxalq Hava Limanı yaxınlığında səmada "naməlum obyektlərin" görünməsi uçuşların dayandırılmasına səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə məlumat verib.

"Aeroport, eləcə də onun nəzarəti altında olan hava məkanı bağlıdır", - mənbə deyib.

Qeyd edilib ki, "naməlum obyektlər" qaçaqmalçılar tərəfindən sərhəddən qaçaqmal siqaret daşımaq üçün istifadə edilən meteoroloji şarlar ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]