İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir 28-01-2026, 10:49 ABŞ-li sahibkar İlon Mask "WhatsApp"ın təhlükəsiz olmadığını paylaşan "Telegram"ın qurucusu Pavel Durovu dəstəkləyib.Oxu.Az xəbər verir ki, iş adamı Durovun paylaşımına "Düzdür" şərhini yazıb."2026-cı ildə "WhatsApp"ın təhlükəsiz olduğuna inanmaq üçün tamamilə axmaq olmaq lazımdır", - deyə Durov paylaşımında bildirmişdi.O qeyd etmişdi ki, komandası "WhatsApp"ın şifrələməsinin necə tətbiq olunduğunun təhlilini aparıb və çoxsaylı hücum vektorları aşkarlanıb. Facebook-da paylaş