Həbsdə olan Şəmşad Ağanın anası da vəfat etdi

29-01-2026, 00:08           
Həbsdə olan Şəmşad Ağanın anası da vəfat etdi
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın anası Zərifə Ağayeva bu gün saat 13 radələrində vəfat edib.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, 77 yaşlı Zərifə Ağayeva parkinson xəstəliyindən əziyyət çəkirdi.

Onun nəşinin sabah Lerik rayonunda dəfn olunacağı gözlənilir.

Vəkili Fəxrəddin Mehdiyev Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verib.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]