İranda tibbi andına sadiq qalan həkim edama məhkum edildi

30-01-2026, 09:53           
İranda tibbi andına sadiq qalan həkim edama məhkum edildi
ABŞ Dövlət Departamentinin farsdilli “X” hesabında yayımlanan paylaşımda İranda etirazlar zamanı yaralanan şəxslərə tibbi yardım göstərən həkimlərin cəzalandırılması kəskin tənqid olunub.
Paylaşımda qeyd edilir ki, həkimlər peşə andına uyğun olaraq xəstələrin həyatını qorumağa və zərər verməməyə borcludurlar, ancaq İran hakimiyyəti yaralı etirazçıları müalicə etdiklərinə görə tibb işçilərini cəzalandırır.
Açıqlamada həkim Əlirza Gülçininin bu vəziyyətin bariz nümunəsi olduğu bildirilir. Onun tibbi vəzifəsini yerinə yetirdiyinə görə ölüm hökmünə məhkum edildiyi vurğulanır.
Eyni zamanda, insan haqları təşkilatları İran hakimiyyətini etirazlar zamanı yaralananları müalicə edən tibb işçilərinə qarşı “qisas kampaniyası” aparmaqda ittiham edir. The Guardian qəzetinin məlumatına görə, son bir həftə ərzində azı doqquz həkim və könüllü saxlanılıb, bəzi tibb işçiləri isə ağır ittihamlarla üzləşib.
Джавид Дамирли
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]