Epşteynin intihardan sonrakı görüntüləri yayımlandı - FOTO

4-02-2026, 16:40           
Epşteynin intihardan sonrakı görüntüləri yayımlandı - FOTO
ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olan milyarder Ceffri Epşteynin 2019-cu ildə ölü tapılmasından sonra tibb işçilərinin müdaxilə etdiyi anlara aid yeni görüntülər yayımlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan görüntülər, uzun müddət müzakirə olunan “Epşteyin ölməyib” iddialarını təkzib edir.

Fotolarda, Epştynin cəsədi tapıldıqdan dərhal sonra həyatını xilas etmək üçün tibbi müdaxilənin aparıldığı görünür.
3 milyondan çox yeni sənədin ortaya çıxması ilə 2003-cü ildən başlayan qalmaqal yenidən ictimaiyyətin diqqət mərkəzinə gəlib. Sənədlər arasında məşhurlara aid fotolar, elektron yazışmalar və onlarla azyaşlı qızın qurban olduğu hallar yer alıb.
Epşteynin həbsxana kamerasında şübhəli şəkildə ölü tapılması uzun müddət konspirasiya nəzəriyyələrinə səbəb olmuşdu. Yeni yayımlanan görüntülər isə onun ölmədiyi iddialarını rədd edir.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Epşteyn intihar edərək dünyasını dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]