Bütün dəvələrə ad veriləcək - Şəkilli pasportları olacaq

6-02-2026, 09:18           
Bütün dəvələrə ad veriləcək - Şəkilli pasportları olacaq
Səudiyyə Ərəbistanı hakimiyyəti yerli sakinlərə məxsus dəvələrə pasport verməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Zati-aliləri nazir müavini heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələrin məlumat bazasının yaradılması məqsədi ilə dəvə pasportunu təqdim edib”, – nazirliyin məlumatında deyilir.

Dəvə pasportu heyvan haqqında ətraflı məlumatların, o cümlədən onun cinsi və sahibinin təfərrüatlarını özündə əks etdirən rəsmi sənədə çevriləcək. Əsas xüsusiyyət hər bir dəvə üçün dəqiq sağlamlıq tarixçəsini yaratmağa və sürü arasında yoluxucu xəstəliklərin yayılmasının monitorinqini asanlaşdırmağa imkan verən ətraflı peyvənd məlumatları olacaqdır.

Nazirlik vurğulayır ki, dəvələrin belə sənədləşdirilməsi mülkiyyət hüququnun təsdiqini asanlaşdıracaq və fermerlər üçün seçim prosesini daha səmərəli edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru