Qalmaqallı hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

9-02-2026, 00:06           
Qalmaqallı hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir.

TEREF xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl Qazax rayonunda sərxoş məmurların törətdiyi qəzadır.

Qəza ilə bağlı ilk növbədə Qazax İH başçısının köməkçisi Süleyman Axundov işdən azad edilərək digər şəxslər məsuliyyətdən yayındırılmışdı.

Lakin hadisə şahidləri və media mənbələri qəzada digər şəxslərin də iştirakını israrla iddia edirdi.

Belə ki, hadisədəki avtomobilin icra hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Məmmədov Hacıalı Ramiz oğluna məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi bildirilirdi.

Məsələ ilə bağlı saytımızda gedən məlumatdan sonra Səməd Seyidovun köməkçisi Akif Əmirovu işdən azad etdiyi bildirilir. Artıq Akif Əmirovun adı Milli Məclisin saytında Səməd Seyidovun köməkçisi ilə bağlı qeyd hissəsindən də silinib.

Məsələ ilə bağlı adı hallanan Akif Əmirova müraciət etsək də, o növbəti dəfə heç bir açıqlama verməyərək susmağa üstünlük verdi.

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru