Wi-Fi adını dəyişdi, qırıcılar havaya qalxdı

10-02-2026, 10:44           
Wi-Fi adını dəyişdi, qırıcılar havaya qalxdı
İsrail Hərbi Hava Qüvvələri göyərtəsində “terror təhlükəsi” elan edilən sərnişin təyyarəsinin müşayiəti üçün qırıcılarını havaya qaldırıb.

“Daily Mail” xəbər verir ki, insident “Wizz Air” aviaşirkətinə məxsus London-Təl-Əviv reysini yerinə yetirən hava gəmisində qeydə alınıb.
Belə ki, təyyarə İsrailin hava məkanına daxil olarkən sərnişinlərdən biri öz telefonunda “terrorçu” adlı Wi-Fi giriş nöqtəsi görüb və bu barədə dərhal ekipaja məlumat verib. Məlumat əsasında hərbi hazırlıq vəziyyəti elan edilib və İsrail HHQ-nin qırıcıları Aralıq dənizi üzərində mülki təyyarəni qarşılayıb.

Qeyd edək ki, təhlükəsizlik protokollarına uyğun olaraq, hava gəmisi sahilə yaxınlaşmadan dəniz üzərində üç dəfə dövrə vurmağa məcbur edilib, Ben-Qurion hava limanında isə bütün uçuşlar müvəqqəti dayandırılıb. Enişdən sonra təyyarə xüsusi təyinatlılar və kinoloqlar tərəfindən mühasirəyə alınaraq yoxlanılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sərnişinlər arasında həyəcana səbəb olan Wi-Fi adı təyyarədəki azyaşlı uşağın öz valideynlərinin telefonunda zarafat məqsədilə yaratdığı “hotspot” adıdır.

Məlumat üçün bildirək ki, real təhlükə aşkarlanmadığı üçün sanksiyalar ləğv edilib və hava limanı normal fəaliyyətini bərpa edib. Şübhəli Wi-Fi adını qoyan uşaq və ailəsi isə izahatları alınmaq üçün polis şöbəsinə aparılıb.

///Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru