Yekaterinburq məhkəməsinin andlılar kollegiyası Şahin Şıxlinskini təqsirli saydı

12-02-2026, 12:47           
Yekaterinburq məhkəməsinin andlılar kollegiyası Şahin Şıxlinskini təqsirli saydı
Rusiyanın Yekaterinburq şəhərində məhkəməsnin andlılar kollegiyası Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin, habelə onun həmyerlilərinin qətl və qəsdən adam öldürməyə cəhd hadisələrinin təşkilində təqsirli olduğunu sübuta yetirilmiş hesab edib.

Bu məlumatı URA.ru-ya hüquq-mühafizə orqanlarındakı insayder təsdiqləyiblər.

İstintaq orqanlarının versiyasına görə, cinayət işinin fiqurantları iş adamı Yunis Paşayevin qətlində (2001-ci il) və sahibkar Fehruz Şirinovun qətlinə cəhddə (2010-cu il) iştirak ediblər. Andlıların verdiyi hökmə əsasən, Şıxlinski bəraət almağa layiq deyil

Cinayət işi 2025-ci ilin yayında başlanıb. Müttəhimlər kürsüsündə Şıxlinski ilə yanaşı Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar, həmçinin Şücayəddin Rəcəbov əyləşiblər. Məhkəmə prosesi prokurorluğun tələbi ilə qapalı rejimdə keçirilib. Yaxın zamanlarda hökmün verilməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru