Şəkərin qiyməti 2020-ci il səviyyəsinə düşüb

13-02-2026, 08:44           
Şəkərin qiyməti 2020-ci il səviyyəsinə düşüb
Şəkər qiymətləri son 5 ilin minimumuna düşdü: səbəb arıqlama preparatlarıdır

Londonun ICE birjasında xam şəkər üzrə fyuçerslərin qiyməti bir funt üçün 0,14 dollara qədər geriləyərək 2020-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib.

32gun.az bildirir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, qiymət enişinin əsas səbəbi arıqlamağa kömək edən GLP-1 tərkibli inyeksion preparatların populyarlığının artmasıdır. Bu maddə iştahanı azaldaraq toxluq hissi yaradır və Novo Nordisk şirkətinin istehsal etdiyi Ozempic və Wegovy, eləcə də Eli Lilly şirkətinin Mounjaro və Zepbound dərmanlarının əsasını təşkil edir. Qeyd olunur ki, sözügedən preparatlar xüsusilə ABŞ-da geniş yayılıb.

Britaniyanın Marex maliyyə şirkətinin nümayəndələri FT-yə bildiriblər ki, “şəkər istehlakının azalması, daha dəqiq desək, bu azalmanın sürəti sənayeni gözlənilmədən yaxalayıb”.

Analitiklərin fikrincə, şəkər bazarı istehlakçı davranışındakı dəyişikliklərə xüsusilə həssasdır, çünki tələbat əsasən məhdud istehlakçı qrupu üzərində cəmlənib.

Bununla yanaşı, dünya üzrə şəkər istehsalı yüksək səviyyədə qalır. Xüsusilə Braziliya və Hindistanda istehsal həcmlərində ciddi azalma qeydə alınmayıb. İndiyədək iri istehsalçılardan heç biri istehsalın əhəmiyyətli dərəcədə azaldıldığını açıqlamayıb.

Marex şirkətində bildirilib ki, şəkər qamışının becərilməsi böyük investisiya tələb edir və uzunmüddətli əkin dövrlərini əhatə edir. Ekspertlərin sözlərinə görə, bir çox fermerlər isə dövlət dəstəyi hesabına qlobal qiymət dəyişkənliyindən müəyyən dərəcədə qorunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru