Mask: Kosmosda yadplanetlilərlə qarşılaşa bilərik!

13-02-2026, 11:38           
Mask: Kosmosda yadplanetlilərlə qarşılaşa bilərik!
Müxtəlif ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyət yadplanetlilər və digər sivilizasiyalarla qarşılaşa bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.

“Aya kütləvi uçuşdan, sonra isə Marsa uçuşdan, bütün Günəş sistemimiz üzrə səyahətdən və nəhayət digər ulduz sistemlərinə uçuşdan daha möhtəşəm bir şeyi təsəvvür edə bilmirəm. Ola bilsin, biz yadplanetlilərlə qarşılaşacağıq. Ola bilsin, milyon illər mövcud olmuş sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”, – deyə Mask bildirib.

Onun fikrincə, bunun üçün Ayda şəhərlər salmaq, eləcə də “katapultlar” adlandırdığı xüsusi buraxılış qurğuları inşa etmək lazımdır. Bu qurğular kosmosun tədqiqi üçün süni intellektlə təchiz olunmuş peykləri orbitə çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru