"Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir"

14-02-2026, 08:34           
"Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir"
NATO-nun Baş katibi Mark Rutte
Rusiya Ukraynada bağ ilbizinin sürəti ilə irəliləyir.

Bu sözləri NATO Baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında səsləndirib.

“Onlar istəyirlər ki, biz rusları qüdrətli ayı kimi qəbul edək. Amma demək olar ki, Ukraynada onlar bağ ilbizinin sürəti ilə irəliləyirlər. Bunu unutmayaq. Rusiya təbliğatının tələsinə düşməyək”, – Rütte vurğulayıb.

NATO Baş katibi cəbhədə Rusiyanın ciddi itkilərini bir daha xatırladıb. Onun sözlərinə görə, ötən ilin dekabrında Rusiya 35 min, yanvar ayında isə 30 min hərbçisini itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru