Cazibə Qüvvəsini Dağıdan Alan Adam: Mərcan Qalasının Sirri
21-02-2026, 12:44

Təsəvvür edin: Florida, 1920-ci illər. Boyu 152 sm, çəkisi 45 kq olan kiçik, vərəmli Latviyalı immiqrant təkbaşına qala tikir.
O, sementdən istifadə etmir. Onun işlətmək üçün heç bir aləti, çəkici yoxdur. Onun kranı yoxdur. Lakin Edvard Lidskalnin 30 tona qədər ağırlığında mərcan bloklarını kəsir, hərəkət etdirir və quraşdırır. Müqayisə üçün: Xeops Böyük Piramidasındakı orta blok 2,5 ton ağırlığındadır. Edvard isə, ondan 10 dəfə ağır daşları asanlıqla daşıya bilib. Özü də Təkbaşına.
* Bunu necə edirdi?
Edvard yalnız gecələr işləyirdi. Kimsə baxmağa çalışanda donub qalırdı və gələnin getməsini gözləyirdi. Amma qonşular nə isə bir şeylər görürdülər və səslər eşidirdilər. Edini izləyən cəsus yeniyetmələr Oxuyan Daşlar olan nəhəng qayaların "havada şarlar kimi üzdüyünü" gördüklərini bildirdilər. Qonşuları da Edin daşlarına nələrsə oxuduğunu eşitdiklərini iddia edirdilər. Əlləri ilə daşa toxunduqda, onlardan qəribə səsləri çıxarırdı. (Tibetlilər və akustika haqqında yazacam)
Mahonik (nazim çarx) Generator. Edin emalatxanasında qəribə bir cihaz tapıldı - çoxsaylı V formalı maqnitlər. Onu fırladaraq güclü elektromaqnit sahəsi yaradırdı.
Sirli Üçayaq. Onun bütün "avadanlığı" köhnə telefon dirəklərindən hazırlanmış bir üçayaqdan və üstündə quraşdırılmış bir növ "qara qutu"dan ibarət idi. Fizika qanunlarına görə, belə bir quruluşla 30 ton qaldırmaq mümkün ola bilməz - dirəklər sadəcə qırılardı. Amma onlar davamlı idilər.
* "Mən Piramidaların Sirrini Kəşf Etdim"
Edvard heç vaxt gücünün təbiətini gizlətməyib, lakin tapmacalarla danışıb:
"Mən piramida inşaatçılarının sirrini kəşf etdim". Mən Peru, Yukatan və Asiyadakı qədim inşaatçıların və misirlilərin çoxtonluq blokları necə qaldırıb yerləşdirdiklərini öyrəndim."
O, bütün maddələrin maqnitlərdən ibarət olduğunu təsdiq etdi. Əgər daşın maqnit qütbünü tərsinə çevirsəniz, Yer kürəsinin cazibə qüvvəsi onu cəlb etməyi dayandıracaq. O, çəkisiz qalacaq. Hətta onu itələyəcək.
* Doqquz Tonluq Qapı. Onun sənətkarlığının zirvəsi qala qapısı idi. 9 tonluq daş blok o qədər mükəmməl tarazlaşdırılmışdı ki, beş yaşlı uşaq onu yalnız bir barmağı ilə aça bilərdi. 1986-cı ildə qapı ilişib qaldıqda, onu çıxarmaq üçün, 50 tonluq kran və bir mühəndis komandası lazım oldu. Onlar Edin 9 tonluq daşın bütün uzunluğu boyunca (necə?!) mükəmməl düz bir deşik açdığını və köhnə bir Forddan bir ox taxdığını aşkar etdilər.
*Nəticə: Edvard Leedskalnin 1951-ci ildə sirri məzarına apararaq vəfat etdi. Otağının divarında yalnız - "KAİNATDAKI SİRR 7129-DUR 6105195." yazısı qalıb. Hələ də bu rəqəmlərin nə demək olduğunu alimlər aşkar edə bilmir. Koordinatlar? Səs tezlikləri? Maqnit sabitləri?
Bir şey dəqiqdir: bu 45 kiloqramlıq kişi müasir tikinti texnikasının edə bilmədiyinə nail olub. Və o, qədim texnologiyanın mif olmadığını sübut edib.
Esmira ŞÜKÜROVA


