SAYRUS MAKKORMİK.

21-02-2026, 12:04           
SAYRUS MAKKORMİK.
Amerikalı ixtiraçı SAYRUS MAKKORMİKİN (15.02.1809-13.05.1884) doğum günüdür.
Sayrus Makkormikin atası 28 il atla işləyən biçin maşını layihəsi üzərində işləsə də başa çatdıra bilmir. O, 1890-cı ildə çertyoju oğlu, 21 yaşlı Sayrusa verir. Makkormik layihəni bir ilyarıma başa çatdırır. 1831-ci ildə biçin maşınını sahədə nümayiş etdirir və 1834-cü ildə ixtirasını patentləşdirir.
S. Makkormik 1847-ci ildə Çikaqoya gedir və öz qardaşları ilə kənd təsərrüfatı texnikasının satışı üzrə kiçik şirkətin əsasını qoyur. Makkormikin biçin maşınları qardaşlarının köməyi ilə çox yaxşı satılmağa başlayır. Makkormik qardaşlarının xüsusi öyrətdiyi satıcılar biçin maşınlarını əkin sahələrində nümayiş etdirirdilər.
Nəticədə Makkormik 1918-ci ildə ABŞ-da "Varlı adamların siyahısı"na daxil oldu. Onun varidatı 60 milyon (2002-ci il qiymətləri ilə 657 milyon) dollar idi.
S. Makkormikin biçin maşınları çoxlu mükafat və təltiflərə layiq görüldü. Biçin maşını Londonda Ümumdünya sərgisində Qızıl medala layiq görüldü.
Rasim Məmmədov














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru