Kəmaləddin Heydərova iki müavin təyin edildi

16-02-2026, 11:47           
Kəmaləddin Heydərova iki müavin təyin edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

TEREF "Qaynarinfo"ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru