İsrailli televiziya prodüseri və məşhur “Tehran” serialının yaradıcılarından biri Dana Edenin meyiti Afinada otellərdən birindəki otağından tapılıb.
17-02-2026, 07:04
Adıçəkilən serialın növbəti mövsümünün çəkilişləri ilə bağlı Yunanıstanda olan 52 yaşlı qadının müəmmalı ölümü ciddi suallar doğurur. “Tehran” serialı xüsusi xidmət orqanlarının fəaliyyətini, həm Mossad, həm Sepahın əməliyyat metodlarını dramatik və bəzən çox sərt şəkildə göstərməsi ilə diqqət çəkir. Xüsusilə Mossadın fəaliyyətində insanlıq ilə bir araya sığmayan, terrorçuluqdan çətin fərqləndirilən, mənəviyyat baxımından ziddiyyətli üsullar və açıq şəkildə nümayiş etdirilir. Dana Edenin ölümü rəsmi olaraq araşdırılır. Ümid edək ki, Yunanıstanın istintaq orqanları bu qəribə və müəmmalı ölümün bütün halları barədə tam və obyektiv aydınlıq gətirəcəklər. Şəxsən mən bu seriala baxmağı hamıya tövsiyə edirəm. Artıq üç mövsümü çəkilmiş “Tehran” yüksək səviyyəli ssenarisi, aktyor oyunu və İrandakı siyasi-kəşfiyyat mühitini əks etdirməsi ilə son illərin ən güclü seriallarından biri sayıla bilər. Fuad Arif Oğlu Ağayev TEREF