Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər

17-02-2026, 10:18           
Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər
Cari ilin ötən ayında Azərbaycan xarici ölkələrə 268 milyon 388,94 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Valyuta.az xəbər verir ki, bununla da ölkənin qeyri-neft məhsullarının ixracından əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 613,21 min ABŞ dolları və ya 9,2% artıb.

Xatırladaq ki, ötən ilin müvafiq ayında bu göstərici 245 milyon 775,73 min ABŞ dolları təşkil edib.

Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr arasında ən böyük pay 77 milyon 003,88 min ABŞ dolları ilə Rusiyanın payına düşüb.

Qeyd edək ki, Rusiyaya ixrac olunan qeyri-neft məhsullarının ixrac gəlirlərində illik müqayisədə 4 milyon 81 min ABŞ dolları dəyərində və ya 5,03% azalma olub.

Belə ki, 2025-ci ilin ilk ayında Rusiyaya 81 milyon 85 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Aşağıdakı cədvəldə ötən ay qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr göstərilib:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru