"Liv Bona Dea" Rövnəq Abdullayevindir -"ondan qorxuram.." - Nigar Köçərli

19-02-2026, 11:44           
"Liv Bona Dea" Rövnəq Abdullayevindir -"ondan qorxuram.." - Nigar Köçərli
"Martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea”nın mənə qarşı 222 395 manat təzminat tələb edən iddiasına baxılacaq".

Bunu özünün sosial şəbəkə hesabında Nigar Köçərli yazıb.

N.Köçərli yazır ki, məhkəməyə verilməyinə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi sosial şəbəkə hesabımda paylaşım etməyimdir:

" Bəli, 2 posta görə 222395 AZN təzminat. Son günlər qohumlar, tanışlar mənə zəng edirlər, mesaj yazırlar, linklər atırlar və deyirlər: “Bilmirsən Liv Bona Dea Rövnəq Abdullayevindir?

Dönə-dönə yazırlar: “Qorxmursan? Sən nə edirsən? Başını sal, işini gör.”

Səmimi etiraf edirəm — qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumuma, fiziki ağrılar içində qovrulduğum üçün qorxuram…

Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Hətta indiki durumumda belə başa düşürəm ki, qorxu ədaləti məhv etmək gücündə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru