Tanınmış vəkil nümayəndəlik etdiyi şəxsi məhkəməyə verdi

19-02-2026, 16:49           
Tanınmış vəkil nümayəndəlik etdiyi şəxsi məhkəməyə verdi
Tanınmış vəkil Nüşabə Ağayevanın vaxtilə nümayəndəlik etdiyi şəxs olan Xalid Kərimovu onu sosial şəbəkələrdə təhqir etdiyinə görə məhkəməyə verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, vəkil Xalid Kərimov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə xüsusi ittiham qaydasında ərizə təqdim edib.

Ərizənin istintaqı Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.

Xatırladaq ki, Xalid Kərimov hazırda məhkəməsi gedən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işində zərərçəkmiş şəxsə qismində tanınıb.

Nüşabə Ağayeva ibtidai istintaq dövründə Xalid Kərimovun vəkili olub.

Bir müddət sonra tərəflər arasında gərginlik yaranıb və bundan sonra Xalid Kərimov onunla bağlı bəzi şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatları sosial şəbəkələrdə paylaşıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru