Dünya bazarını silkələyə biləcək tapıntı

21-02-2026, 15:58           
Dünya bazarını silkələyə biləcək tapıntı
Rusiyanın Arxangelsk vilayəti ərazisində yerləşən Vladimir Qrib yatağında çəkisi 228,62 karat, ölçüləri isə 50,5 x 30,6 x 18,6 mm olan iri almaz hasil edilib.

Bu barədə TASS agentliyinə "AQD Diamonds" şirkətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu, 2026-cı ildə aşkar edilən 50 karatdan artıq çəkisi olan ilk daşdır. Sözügedən kristal cari ildə hasil edilmiş ilk iri (50 karatdan yuxarı) almaz olmaqla yanaşı, Vladimir Qrib adına yataqda çıxarılan 52-ci unikal daş hesab olunur.

Qeyd edək ki, Arxangelsk vilayətində Avropada yeganə almaz yataqları yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru