Ziyafət Fərzəliyev bu dəfə 3,2 milyonluq sifariş aldı

27-02-2026, 16:45           
Ziyafət Fərzəliyev bu dəfə 3,2 milyonluq sifariş aldı
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fərdi sahibkar Fərzəliyev Ziyafət İsa oğlu ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo xəbər verir ki, qurum sahibkardan hazır qida alacaq. Bunun üçün Ziyafət Fərzəliyevə 3 255 497,63 manat ödəniləcək.

Ziyafət Fərzəliyev bundan əvvəl Sosial Xidmətlər Agentliyinin hazır qida təminatı ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 9 179 336,82 manat olub.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, Ziyafət Fərzəliyev əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) tabeli qurumların elan etdiyi tenderlərin qalibi seçilir.

Açıq mənbələrdə Ziyafət Fərzəliyev haqqında heç bir məlumata rast gəlinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru