Pakistanın hava hücumları nəticəsində Taliban lideri öldürülüb
28-02-2026, 08:11
Bəzi təsdiqlənməmiş məlumatlarda Taliban lideri Molla Heybətullah Axundzadənin öldürüldüyü iddia edilir. Bu məlumatlara görə, Əfqanıstan İslam Əmirliyinin lideri Pakistanın Kabildəki Taliban qərargahına endirdiyi hava hücumları nəticəsində öldürülüb. Talibanın "Möminlərin Əmiri" kimi tanınan Molla Heybətullah Axundzadə hərəkat daxilində hərbi komandirdən daha çox dini və hüquqi fiqurdur. O, "Nurzey" qəbiləsindəndir və Qəndəhar əyalətində anadan olub. Lider olmazdan əvvəl o, uzun illər Talibanın baş qazısı və dini işlər üzrə rəhbəri vəzifələrində çalışıb. Джавид Дамирли ЕУКУА