Bu gün öldürülən iranlı generallar -SİYAHI

1-03-2026, 00:10           
Bu gün öldürülən iranlı generallar -SİYAHI
İranın müxalifət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksək rütbəli hərbçisi və komandirinin öldürüldüyünü açıqlayıb.

Siyahıya İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, SEPAH komandanı Məhəmməd Pakpur, komandanın müavini Əhməd Vahidi, SEPAH Kosmik Qüvvələrinin komandiri Məcid Musəvi, Ordunun baş komandanı Əmir Xatəmi, Müdafiə naziri Əziz Nəsirzadə və Ali Müdafiə Şurasının katibi Əli Şamxani daxildir.

Məlumata görə, bəzi ölənlər beynəlxalq xəbər agentlikləri tərəfindən artıq təsdiqlənib, digərləri ilə bağlı xəbərlər isə yaxın saatlarda açıqlanacaq.

Eyni zamanda, İranın Buşehr Atom Elektrik Stansiyası yaxınlığındakı Buşehr şəhərinə raket zərbəsi endirildiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru