ABŞ-də silahlı hücum: İnsident törədən şəxsin kimliyi bəlli oldu - VİDEO
Dünən, 15:14

ABŞ-nin Texas ştatının Ostin şəhərində barda silahlı insident törədən şəxsin kimliyi bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Silahlı şəxs avtomobilini obyektin qarşısında saxlayaraq ön pəncərədən tapança ilə terrasdakı insanlara atəş açıb. Daha sonra maşından düşərək küçədəki insanlara tüfənglə atəş açmağa davam edib.
Hadisə nəticəsində üç nəfər həlak olub, 14 nəfər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisə yerinə çataraq hücum edən şəxsi zərərsizləşdiriblər. Onun 2016-cı ildə ABŞ-də sığınacaq almış 53 yaşlı seneqaləsilli Ndiaga Diagne olduğu bildirilir.
İstintaq zamanı avtomobildən dini ədəbiyyat tapıldığı qeyd olunur. Məlumata görə, hücumçu üzərində İran bayrağı və digər rəmzlər əks olunmuş köynək geyinib. Mənbələr ona əvvəllər psixi pozuntular diaqnozu qoyulduğunu da bildiriblər.
ABŞ-nin Ostin şəhərinin (Texas ştatı) mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, azı 17 nəfər yaralanıb. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.
Oxu.Az bu barədə "Austin American-Statesman" qəzetinə istinadən xəbər verir.
Atışma səhər saatlarında "West Sixth Street" və "Nueces Street" küçələrinin kəsişməsində başlayıb. Ostin polisi şübhəlinin yerli hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.
[img]https://teref.net/uploads/posts/2026-03/1772424200_1.webp[/img]

