Alimlərdən texnoloji sıçrayış: Çatlara qarşı davamlı material hazırlandı

Dünən, 15:48           
Alimlərdən texnoloji sıçrayış:
Rusiyada Perm Politexnik Universiteti və Yüksəktəmizlikli Maddələr Kimyası İnstitutunun alimləri infraqırmızı optika üçün yeni şüşə-keramika materialı hazırlayıblar.

Oxu.Az "Rambler"ə istinadən xəbər verir ki, yeni material mövcud analoqlarla müqayisədə 2,5 dəfə daha sərt və 1,5 dəfə daha çatadavamlıdır.

Material termal kameralar, gecəgörmə cihazları və kosmik teleskoplar üçün nəzərdə tutulub.

Tərkibi xalkogenid şüşə (qalium-germanium-selen) və sezium yodid əsasında hazırlanıb. Materialın daxilində formalaşan mikrokristallar çatların yayılmasının qarşısını alır və temperatur dəyişmələrinə davamlılığı artırır.

Alimlərin sözlərinə görə, bu yenilik vibrasiyaya, istiliyə və aşınmaya davamlı linzaların istehsalına imkan verəcək. Bu isə xilasetmə əməliyyatlarında, kosmik texnikada və ekstremal şəraitdə istifadə olunan optik cihazların etibarlılığını artıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]