İntihar edən Cəbrayılovla bağlı şok məlumat yayıldı: - Epşteynin köməkçisinə nə yazıb?

Dünən, 17:46           
 İntihar edən Cəbrayılovla bağlı şok məlumat yayıldı: - Epşteynin köməkçisinə nə yazıb?
Telegram İş adamı və keçmiş senator Ömər Cabrayılovun intihar etdiyi barədə məlumat vermişdik.

Publika.az “Mash Gor” Teleqram kanalına istinadən məlumat verir ki, ölümündən əvvəl onun adı məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində peyda olub.

Kanalın məlumatına görə, sənədlərdə onun Epşteynin köməkçisi Qisleyn Maksvell ilə yazışmaları olub. 2001-ci ildə iş adamı ona Londondan qayıtdığını bildirmiş və Rusiyaya gəliş tarixlərini təsdiqləməyi xahiş etmişdi.

Maksvell Cabrayılova gələn həftə ölkəyə uçacağına söz vermişdi. Yazışmalardan əlavə, Epşteynin sənədlərində keçmiş senatorun 1990-cı ildə çəkilmiş şəkli də var. Şəkildə o, karate ilə məşğul olarkən görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]