İran 48 saat ərzində 60 strateji hədəfə hücum edib
Bu gün, 08:34
Son 48 saat ərzində İran ABŞ və İsrailin 60 strateji hədəfə və 500 hərbi obyektə hücum edərək 700-dən çox dron və yüzlərlə raket atıb.
Bu iddianı İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) irəli sürüb.
Tasnim xəbər agentliyinin istinad etdiyi açıqlamaya görə, İran raketləri və dronları ABŞ-ın Fars körfəzi bölgəsindəki kəşfiyyat mərkəzlərini və anbarlarını, eləcə də Beer-Şevadakı İsrail ordusunun sənaye kompleksini hədəf alıb.