İranın raketləri hansı məsafəni vura bilir? – Sensasion rəqəmlər
Bu gün, 09:24

İranın ABŞ və İsrailə misilsiz cavab zərbələri endirəcəyi ilə bağlı hədələrinə baxmayaraq, Tehran hələlik genişmiqyaslı hücumlar həyata keçirmir və gündə onlarla ballistik raket buraxır. Hərbi analitiklər bunu iki səbəblə, bir tərəfdən ABŞ və İsrail aviasiyasının İranın raket bazalarına və buraxılış qurğularına endirdiyi zərbələr, digər tərəfdən isə Tehranın uzunmüddətli müharibəyə hazırlaşaraq arsenalından qənaətlə istifadə etməsi ilə əlaqələndirirlər.
ABŞ və İsrail ilk günlərdə yeraltı raket obyektlərini hədəfə alıb.
Martın 1-də ABŞ-dan havaya qalxan “B-2” strateji bombardmançıları yeraltı komplekslərə ağır bombalar atıb. Zərbələrin nəticəsi tam bilinməsə da, İranın hələ də böyük raket ehtiyatına malik olduğu düşünülür.
Məlumatlara görə, İranın minlərlə ballistik raketi var, lakin əsas problem buraxılış qurğularının məhv edilməsidir. İsrail əvvəlki hücumlarda mobil və stasionar raket buraxılış sistemlərinin bir hissəsini sıradan çıxarıb.
İran raketlərini qorumaq üçün dağların altında, bəzən 500 metr dərinlikdə yerləşən “raket şəhərləri” yaradıb. Bu bazalarda 2000 km-ə qədər məsafəni vura bilən uzunmənzilli raketlər saxlanılır. Lakin giriş-çıxışlar və buraxılış şaxtaları dağıdılsa, bu obyektlər istifadəsiz qala bilər.
Hücumların əsas hədəflərindən biri Təbriz və Xorrəmabad yaxınlığındakı böyük raket kompleksləri olub. Analitiklər bildirir ki, hazırkı qarşıdurma “raket zərbələri müharibəsi” xarakteri daşıyır və burada əsas rol kəşfiyyata, yəni yeraltı raket bazalarının aşkarlanaraq məhv edilməsinə məxsus olacaq.//globalinfo.az

