Zelenski Kliçkonu Kiyevin qışa kifayət qədər hazır olmamasına görə tənqid edib
4-03-2026, 09:38
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev meri Vitali Kliçkonu paytaxtın ötən qış mövsümünə kifayət qədər hazır olmamasına görə tənqid edib. APA xəbər verir k, bu barədə “Strana.ua" məlumat yayıb.
“ Növbəti qışa qədər bütün tapşırıqlar yerinə yetirilməli və hazırlıq tamamlanmalıdır”, – deyə Zelenski bildirib.
Vitali Kliçko isə bu ittihamları təkzib edib və Zelenskini Kiyev rəhbərliyinə qarşı qərəzli münasibətdə günahlandırıb.