ABŞ və Ukrayna İran və Rusiyanın Hərbi Dəniz Qüvvələrini məhv edir.
5-03-2026, 15:08

Bu başlıq bir neçə il əvvəl fantastika kimi görünərdi: ABŞ və Ukrayna İran və Rusiyanın Hərbi Dəniz Qüvvələrini məhv edir.
Tarix gözlərimizin qarşısında yazılır. Biz yalnız İkinci Dünya Müharibəsi haqqında filmlərdə görmüşük ki, sualtı qayıq torpedası okeanda düşmənin döyüş gəmisini batırır. Amma bu gün, bu, real vaxtda baş verən reallıqdır, gözlərimizin qarşısında yazılan tarixdir.
Videoda ABŞ-ın sualtı qayığı Hind okeanında, Şri-Lanka sahilləri yaxınlığında İranın hərbi gəmisini batırıb.
Tarixə yazılacaq məqam isə odur ki, ABŞ İranın donanmasını sıradan çıxarmaqla paralel olaraq, Ukrayna da Rusiyanın Qara dəniz donanmasını məhv etməyə davam edir.
Xatırladım ki, Rusiya Ukraynanın zərbələrindən yayınmaq üçün Qara dəniz donanmasını Sevastopoldan Novorossiyskə köçürdü. Lakin Ukrayna onları orada da hədəfə ala bilir.
Beləliklə, martın 2-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Novorossiysk limanına hücum zamanı "Valentin Pikul" adlı dəniz minaaxtaran gəmisini vurub. Həmçinin "Yeysk" və "Kasimov" adlı sualtı qayıqlara qarşı mübarizə gəmiləri də ciddi zərər alıb.
Kamran Cəfərov
TEREF

