Maştağada qəbirləri su basıb (VİDEO)

6-03-2026, 15:24           
Maştağada qəbirləri su basıb (VİDEO)
Bakının Maştağa qəsəbəsində yerləşən qədim Məhəmməd Bağır qəbiristanliğinda bəzi qəbirlər suyun altında qalıb.

Qəbiristanlıq qəsəbənin ən qədim məzarlıqlarından biridir.

Burada on illərlə, hətta əsrlərlə əvvəl dəfn olunan insanların qəbirləri var. Yerli sakinlər deyir ki, bu məkan təkcə dəfn yeri deyil, həm də Maştağanın tarixinin bir parçasıdır.

Sakinlər bildirirlər ki, bəzi qəbirlərin su altında qalması onları mənəvi cəhətdən çox incidir.

Bildirilir ki, yaxınlarının məzarını ziyarətə gələndə belə mənzərə ilə qarşılaşmaq çox ağırdır.

Qəsəbə sakinləri deyir ki, problem uzun illərdir mövcuddur, zaman keçdikcə daha da böyüyür. Problemi müvəqqəti həll etməyə çalışsalar da, bir nəticə hasil olmur. Onlar qəbiristanlıqda drenaj qurulması və ya suyun çəkilməsi üçün tədbirlərin görülməsini istəyirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Məsələ araşdırıldıqdan sonra bildirildi ki, mövcud problem onlara aid olan hal deyil, aidiyyatı üzrə bələdiyyə ilə bağlı məsələdir.

Maştağa bələdiyyəsi ilə əlaqə saxladılq, problemi eşitdikdən sonra telefonu bağladılar. Digər nömrəyə də zəng vurduq, lakin cavab verən olmadı.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru