Fiziklər 50 il əvvəl proqnozlaşdırılmış maqnit burulğanlarını müşahidə ediblər

8-03-2026, 12:44           
Fiziklər 50 il əvvəl proqnozlaşdırılmış maqnit burulğanlarını müşahidə ediblər
Fiziklər atom qalınlığında olan xüsusi material üzərində aparılan eksperiment zamanı 50 il əvvəl nəzəri olaraq proqnozlaşdırılmış maqnit burulğanlarını ilk dəfə müşahidə ediblər.

"ScienceDaily" nəşri xəbər verir ki, təcrübə zamanı material soyudulduqda, atomların maqnit istiqamətləri kiçik burulğan formasında strukturlar yaradıb.

Bu hadisə ikiölçülü maqnetizm haqqında 1970-ci illərdə irəli sürülmüş nəzəri modelin düzgün olduğunu göstərir. Alimlərin fikrincə, kəşf maqnit materiallarının davranışını daha dərindən anlamağa imkan verir.

Tədqiqatçılar bildiriblər ki, belə strukturlar gələcəkdə ultrakiçik elektron cihazların yaradılmasına kömək edə bilər. Bu texnologiya məlumatlarının daha sıx və sürətli şəkildə saxlanılması üçün yeni imkanlar açır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru