Çərəz bazarında bahalaşma və durğunluq var (VİDEO)

10-03-2026, 10:24           
Çərəz bazarında bahalaşma və durğunluq var (VİDEO)
Novruz bayramı ərəfəsində çərəz bazarında qiymətlər artıb. Bəzi çərəzlərin qiyməti 2 dəfə bahalaşıb.

Hazırda bazarda ən bahalı quru meyvə püstədir.

Püstə 50-55 manat, fındıq 28 manatadır. Yerli püstəyə piştaxtalarda rast gəlinməsə də, xaricdən gətirilən məhsula tələbat var.

Püstə ilə bərabər, bu il 100 faizlik bahalaşma fındıqda da müşahidə edilir. Satıcıların sözlərinə görə, qiymətlər son 10-15 gündür artıb. İrandan məhsul gətirilməsində çətinliklər yaşandığından bu bazara da təsir edib. Yerli məhsul isə bu il az olub.
Digər quru meyvələrin qiymətlərində də artımlar var .

Satıcıların sözlərinə görə, bayramla əlaqədar tələbatın artacağı gözlənilsə də bu il belə olmadı. Qarşıdakı günlərdə alıcılıq qabiliyyətinin artacağı gözlənilir.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru