İran tammiqyaslı müharibəyə başladı – 1 tonluq raketlər İsrailə doğru uçur…

10-03-2026, 07:16           
İran tammiqyaslı müharibəyə başladı – 1 tonluq raketlər İsrailə doğru uçur…İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi mühüm açıqlama ilə çıxış edib.

Komandan bundan sonra buraxılan raketlərin döyüş başlıqlarının 1 tondan az olmayacağını bildirib.

Musəvinin sözlərinə görə, İranın raket hücumlarının tezliyi və miqyası artırılacaq, eyni zamanda zərbələrin uçuş məsafəsi də daha böyük olacaq.

O qeyd edib ki, bu qərarla paralel olaraq İsrail istiqamətində yeni raket buraxılışları artıq başlayıb. Komandanın açıqlaması İranın münaqişədə daha sərt mərhələyə keçdiyini göstərən mesaj kimi qiymətləndirilir.//Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru