İranın SEPAH rejimi indi də Ukrayna ilə tutaşır.

Bu gün, 11:38           
İranın SEPAH rejimi indi də Ukrayna ilə tutaşır.
İran Parlamenti milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizian Kiyevin dronlarla ABŞ-ı dəstəkləməklə “faktiki olaraq müharibəyə cəlb olunduğunu” iddia edib. Və bununla, Ukrayna ərazisinin İran zərbələri üçün “qanuni hədəf”ə çevirdiyini bildirib. Yəni, Kiyev hazır olsun, İran artıq, Ukraynanı raketləri ilə vurmağa başlayır.
Kiyev də İranın təhdidlərinə cavab verib: “İran rejiminin bir sıra nümayəndələrinin Ukraynanı təhdid etməsi və hətta BMT Nizamnaməsinin 51-ci mad. də təsbit olunmuş, özünümüdafiə hüququndan istifadə etməsi tam, absurddur. Bu, sanki bir, peşəkar residivist qatilin cinayət məcəlləsinə istinad edib öz cinayətlərini haqlı çıxarmasıdir”, - deyə Ukrayna XİN bəyan edib.
Artıq sanki, absurdluq dərəcə məntiq də itib. Neçə illərdir İran Rusiyanı "Şahed" dronları ilə təmin edir, dronlarla nə qədər Ukrayna əhalisi itki verir və dağıntılar törədilir və bütün dünya İrana müraciət, tələb edir, dayandır bu faciəni, xeyir yoxdur, İran Rusiyanı öz təminatındadır.
İndi də ki, Ukrayna ABŞ və İsraili İrana qarşı savaşda öz dronları ilə təmin edəndə, dərhal deyir, Kiyev bununla bizə qarşı müharibənin iştirakçısına çevrildi və Ukraynanı vuracağıq. Onda belə çıxır ki, bu İran çoxdan Ukraynaya qarşı müharibə iştirakçısı imiş. Məntiq var?!
Bir də axı, sən nə ilə vuracaqsan Ukraynanı, vurmağa hansı, vurulub dağıdılmamış raket bazan qalıb? Raket atıb, ərəb qonşuları tam üzərinə qaldırdın. Üç dəfədir Türkiyəyə raket atırsan, Ərdoğan hələ dözür, başladı qurtardı səninki. İndi də Ukraynaya ilişirsən, Avropanı yeridəsən öz üzərinə. Bax gör, daha kim qalır.
Heyf,, İran kimi ölkənin, xalqın molla rejimi əli ilə irticalı orta əsrlərə yuvarladılan 47 ilindən.
lqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]