Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu

16-03-2026, 00:05           
Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
İsveçrə diplomatlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilib.

Referans Media xəbər verir ki, İsveçrənin İrandakı diplomatik nümayəndəliyinin üç əməkdaşı sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru