SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

19-03-2026, 07:24           
SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!
SEPAH donanmasının komandanı Əlirza Təngsiri bildirib ki, ABŞ-la bağlı neft təsisatları Amerika bazaları hesab olunacaq və həmin təsisatlara zərbə vuracaqlar. O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb. Bununla SEPAH komandanı ölkəsinin rəsmilərinin “biz ancaq hərbi mərkəzlərə zərbə vururuq” və ya “biz neft və qaz mərkəzlərinə zərbə vurmamışıq” kimi tezislərinin üstündən xətt çəkdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, SEPAH “Körfəz ölkələrinin neft və qaz təsisatlarına zərbəni biz vurmuşuq və vurmaqda davam edəcəyik” yanaşmasıyla məsələyə nöqtə qoydu:

“Bu, bir növ Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın mühafizəkar hakimiyyəti barədə söylədiyi kimi, “mən batıramsa, bölgəni də özümlə batıraram” yanaşmasının təsdiqidir. İran hazırda neftini sata bilmir, bu səbəbdən maliyyə gəlirlərindən məhrum olan, o cümlədən ABŞ və İsrailin bombardmanları nəticəsində ağır itki verən SEPAH neft və qazın istismarından gəlir əldə edən ölkələri hədəf seçib. Yəni “mən neft və qaz sata bilmirəmsə, qonşularım da sata bilməsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru