İran ilk dəfə ABŞ-yə məxsus F-35 qırıcısını vurdu — VİDEO

20-03-2026, 11:44           
İran ilk dəfə ABŞ-yə məxsus F-35 qırıcısını vurdu — VİDEO
İran hərbi tapşırığı yerinə yetirən ABŞ-nin ən müasir F-35 döyüş təyyarəsini hədəf alaraq vurub. Zədələnmiş təyyarə Yaxın Şərqdəki ABŞ bazalarından birinə təcili eniş edib.

TEREF xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins (Tim Hawkins) bildirib ki, İran üzərində əməliyyat tapşırığını yerinə yetirən F-35 qırıcısı zərbə alaraq zədələnib. Təyyarənin təhlükəsiz şəkildə bazaya endirildiyi və pilotun səhhətinin stabil olduğu açıqlanıb. Pentaqon dünyanın ən bahalı və inkişaf etmiş təyyarələrindən biri olan F-35-in İran üzərindəki missiya zamanı ciddi "hadisə" yaşadığını təsdiqləyib.

İranın yarı-rəsmi "Tasnim" xəbər agentliyi ABŞ-yə məxsus F-35 təyyarəsinin vurulma anının görüntülərini paylaşıb.

Hazırda ABŞ rəsmiləri təyyarəyə dəyən zərərin miqyasını və hadisənin texniki nasazlıqdan, yoxsa xarici müdaxilədən (zenit-raket zərbəsi və s.) qaynaqlandığını müəyyən etmək üçün genişmiqyaslı təhqiqata başlayıblar. (milli.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru