Tarixdə yəhudilərə qarşı ilk qırğın Babil kralı II Navuxodonosor tərəfindən həyata keçirilib.

30-12-2025, 10:54           
Tarixdə yəhudilərə qarşı ilk qırğın Babil kralı II Navuxodonosor tərəfindən həyata keçirilib.
Həyat yoldaşının adına məbədlər, yollar, suvarma kanalları və Babilin Asma Bağları tikdiyi deyilən II Navuxodonosor, Yeni Babil İmperiyasının sərhədlərini Suriyadan Misirə qədər genişləndirib. O, Yerusəlimi ələ keçirib (e.ə. 587) və yəhudiləri bölgədən qovub. İştar Qapısı da onun hakimiyyəti dövründə inşa edilib.
* Yəhuda Krallığı Babilə qarşı üsyanları və ayaklanmalarla ilə tanınırdı. Bu, Babilin müdaxiləsinə səbəb olub. Yəhudi xalqı müstəqilliklərini müdafiə etmək üçün müxtəlif müqavimət hərəkatları həyata keçirib. * Babil kralı II Navuxodonosor Yerusəlimi mühasirəyə alıb ələ keçirib, şəhəri və Məbədi dağıdıb. Bu dağıntı o qədər böyük bir qırğın idi ki, yəhudi icmasının mövcudluğunu sarsıtdı.
* Babil Sürgünü yəhudi tarixində əhəmiyyətli bir dönüş nöqtəsidir. Bu sürgün yəhudi icmasını mədəni, dini və siyasi cəhətdən formalaşdırıb. Bu, həmçinin diasporanın yaranmasına və yəhudi xalqının tarix boyu müxtəlif coğrafiyalara səpələnməsinə səbəb oldu. * Babil sürgünü qədim İsrail tarixində unudulmaz bir hadisədir və yəhudi kimliyinin formalaşmasında mühüm rol oynamışdır. Bu hadisə yəhudi xalqının dözümlülüyünü və uyğunlaşma qabiliyyətini təmsil edir.
Tarixin İzləri ilə
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]