Xosrov bəy və Sultan bəy Sultanov qardaşları
5-01-2026, 17:04

Onlar Azərbaycanın Zəngəzur bölgəsinin və ümum Azərbaycanın əyilməz dağları , alınmaz qalaları idilər . Onların hər ikisinin adı bu gün də qürürla çəkilir . Hər ikisi də düşmənə göz dağı idi . Hər ikisi də elinin , obasının namus , qeyrət qalası idi . Hər ikisi də düşmənin ölüm kabusuna çevrilmişdi . Onların adları bu gününün özündə də düşmənin canına vahimə salır . Onlar sultanların sultanı olan Xosrov bəy və Sultan bəy Sultanov qardaşları idilər . Sultanov qardaşları o zamankı Zəngəzur qəzasının , indiki batı Zəngəzurun Laçın rayonunun Qurdqajı kəndində anadan olmuşdular . Burada kiçik bir qeyd edim ki , hazırda Kürdhacı kimi yazılan kəndin gerçək adı yerli əhalinin dialektində Qasımuşağı obasının Qurdqajı kəndi olmuşdur və "qurd dərəsi", "qurd aşırımı" anlamını verir . Hər iki qardaş el-oba içində böyük nüfuz sahibi idilər . Yeri gələndə el-obanın vuran qolu olmuşdular , yeri gələndə qan davalarını bir kəlmə sözləri ilə yatırmışdılar . Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru , Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri və bir sıra digər dövlət vəzifələrində çalışmağına baxmayaraq hər zaman xalqının yanında oluşdur . O dönəmlərdə ermənilər deyirdilər ki , bizim belimizi Bakıda Xosrov bəy , Zəngəzurda isə Sultan bəy qırdı və hər yolla çalışırdılar ki , bu iki qardaşı ya məhv etsinlər , ya da ən azından Xosrov bəyi tutduğu vəzifələrdən uzaqlaşdırsınlar . Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur . Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər . Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş , Xankəndi və Şuşa geri alınmışdır . Bölgədəki erməni separatçılarını Azərbaycan hakimiyyətinə tabe etmək üçün həyata keçirdiyi tədbirlərə görə Xosrov bəyə qarşı ermənilərdə nifrət hissi var idi . Gərginliklər iyun ayının 3-də zirvəyə çatdı və Xosrov bəy ordusuna Şuşada yaşayan ermənilərin məhəlləsini mühasirəyə almağı , oradakı Erməni Şurasını və silahlı terrorçuları təslim olmağa məcbur etməyi əmr etdi . Növbəti gün isə Xosrov bəy qardaşı Sultan bəy Sultanovun süvari dəstələrini çağırdıqdan sonra hücum daha da genişləndirildi və ətrafda separatçıların gizləndiyi kəndlərə də hücum edildi . Nəticədə Heybəlikənd , Kərkicahan , Pəhlil , Cəmilli kəndləri terrorçulardan təmizləndi . Xosrov bəyin gördüyü qəti tədbirlər nəticəsində Qarabağdakı erməni separatçıların rəhbərləri təslim olmağı qəbul etdilər .
1920-ci ilin əvvəllərində Xosrov bəy bölgədəki Azərbaycan hakimiyyətini daha da möhkəmləndirmək üçün fəaliyyətini daha da artırdı və Erməni Milli Şurasına ultimatum təqdim etdi . Bununla təxminən eyni vaxtda Parisdə toplanan Versal konfransı Azərbaycanın Qarabağdakı hakimiyyətini de-fakto səviyyədə tanıdı . Bəli , bax Xosrov bəy belə bir şəxsiyyət idi .
Zəngəzurun simvolu olan Sultan bəy erməniyə elə dərslər vermişdi ki , indinin özündə də ermənilər onun adı gələndə tir-tir əsirlər . Sultanbəyovlar özləri olduqca imkanlı , var-dövlətli , eyni zamanda çörək verən , kasıba , kimsəsizə əl tutan bir nəsildən olublar . Hələ erməni qırğınlarına qarşı mübarizəyə qədər də onlar Zəngəzur əhalisi arasında sayqı duyulan ailə idilər . Erməni cəlladlarının Azərbaycan torpaqlarında gözünün olması , insanlarımıza zülm etməsi zamanında Sultan bəyin atası Əlipaşabəy öz var-dövlətini qorumağı deyil , yurdunun qeyrətini qorumağı seçir . Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il ermənlərin azərbaycanlılara olan qırğınları ilə bağlıdır . O dövrdə ermənilərə qarşı vuruşan dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi , onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi . Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır . 1918-ci ildən Sultan bəyin başçılıq etdiyi silahlı dəstələrin bölgədəki kəndlərin mühafizə olunmasında mütəsna xidmətləri olmuş , Zabux dərəsində mühasirəyə alının Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş , Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış , İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş , Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir . Bir sözlə Sultan bəyin adı gələndə düşmən silahın atıb qaçırdı . Bir məsələni də bildrim ki , bu əməliyyatlarda Sultan bəy məşhur Turan taktikasından olduqca məharətlə istifadə etmişdi . Bu taktikaya bəzən “aypara şəkilli mühasirə”, bəzən də “ nalşəkilli mühasirə “ də deyilir . Burada Andranikin qulağı ilə bağlı kiçik bir məsələni də deyim ki , bəzi qaynaqlara görə Andranikin qulağını Sultan bəy kəsmişsə , bir sıra qaynaqlarda bunun o zamankı Osmanlı ərazisində kəsildiyi də bildirilir . Ancaq o qulağın Sultan bəy tərəfindən və ya digər bir türk tərəfindən kəsilməsinin fərqi yoxdur . Önəmli olan odur ki , o qulaq kəsilmişdi və bizim torpaqlarda gözü olan hər kəs yaxşı olar ki , “Andranikin qulağı”nı xatırlasın . Hər kəs bilsin nə qədər ki , bu yurdda Sultanbəylər , Xosrovbəylər var , o qədər də çoxlarının kəlləsi , qulağı gedəcək .
M.Afət
TEREF

