ELMİ KƏŞF TARİXİNDƏ NADİR HADİSƏ: AZƏRBAYCANLI ALİMİN 1 KƏŞF BƏYANATI İLƏ ALMANİYADA 6 ELMI KƏŞF QEYDƏ ALINIB
29-12-2025, 11:24

Kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (EANS, Almaniya) professoru və akademiki, "Kolloid Kimyası" ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru və Qazaxıstanda "Nanoekotexnologiyalar laboratoriyası"nın direktoru Rahim Abas oglu Daşdıyevin rəhbərliyi altında kəşf tarixində nadir hadisə kimi 05.10.2023 tarixində 1 Elmi Kəşf Bəyanəti ilə Almaniyada 6 Elmi Kəşfin qeydə alınmas ilə baglı növbəti aktual silsilədən olan yazını Tərəf.az oxucularına təqdim edirik.
Professor Rahim Daşdıyevin rəhbərliyi altında kəşf tarixində nadir hadisə kimi 05.10.2023 tarixində 1 Elmi Kəşf Bəyanəti ilə Almaniyada 6 Elmi Kəşfin qeydə alınıb:
1. Polinanoquruluşa malik çoxbloklu SFM deemulqatorlarının dozası zamanı daha yüksək hidrofobluğa malik oliqomer homoloqların su-neft emulsiyalarında, daha yüksək hidrofilliyə malik oliqomer homoloqların isə neft-su emulsiyalarında paylanması hesabına, “Su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanma hadisəsi”;
2. Çoxbloklu SFM nanodeemulqatorların polinanoquruluş xassəsi;
3. Çoxbloklu SFM nanodeemulqatorlar üçün maddənin kristallik-maye (KM) hibrid aqreqat halı xassəsi;
4. Çoxbloklu SFM nanodeemulqatorlar üçün molekuldaxili bloklararası fəallıq xassəsi;
5. Çoxbloklu SFM nanodeemulqatorlar üçün molekuldaxili daimi nanomühərrik xassəsi;
6. Su-neft və neft-su emulsiyalarının nanodispers fazaları üçün maddənin kristallik-maye hibrid aqreqat halı xassəsi, Qaz hidratları üçün kristallik-qaz hibrid aqreqat halı xassəsi
Qeyd edilən 6 Elmi Kəşf predmetləri aşağıda təqdim edilən Elmi Kəşf Diplomunda kəşf formulasında ingilis dilində əks etdirilmişdir. Bu hesabla professor Rahim Daşdiyev nanokolloid kimyası ixtisası üzrə 11 Elmi Kəşf müəllifidir. Qeyd edilən Elmi Kəşflər, kəşf tarixində nadir hadisə olmaqla yanaşı, professor Rahim Daşdiyev və digər Azərbaycan (SOCAR “Nefqazelmitədqiqatlayihə” institutu, ADNSU), Çin (Black Stone, Sinopek şirkətləri), Qazaxstan (“International Oil Services Kazakhstan”) həmmüəlliflərin fikrincə, həm də neftin ilkin hazırlanması nanoekotexnologiyaları erasında tətbiqi nanokolloid kimyasının dünya səviyyəsində inqilabi nailiyyətləri olması baxıımından, mühüm nəzəri və praktiki dəyərlərə malikdir. Professor Daşdiyev təqdim olunan məlumatlarla bağlı dərc qiyməti 1600 $ olan Scopus indeksli ABŞ jurnalından (Characterization and Application of Nanomaterials) pulsuz məqalə dərc etmək təklifi almış və 2023-cü ilin sonunda bu jurnalda “Original Research Article” simvolu altında genişmiqyaslı məqalə dərc etmişdir. Məqalənin oxucu sayı 16.400-ü ötüb. Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab etdiyi mötəbər mənbələr:
Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı:
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” (10.05.2023).

