QƏBİRLƏRİ BU GÜN DƏ TAPILMAYAN TARİXİ ŞƏXSİYYƏTLƏR
31-12-2025, 00:03

QƏBİRLƏRİ BU GÜN DƏ TAPILMAYAN TARİXİ ŞƏXSİYYƏTLƏR:
DÜNYADA elə tarixi şəxsiyyətlər olub ki, onlardan bir qisminin məzarı bu günə kimi hələ də kimsəyə məlum deyil.
KRALİÇA BOUDİCA
60 -cı ildə LONDONU yandırdıqdan sonra şimala qaçan Boudica orada ölüb. Romalılar Boudicanı ona layiq bir məzarda dəfn etdiklə rini iddia etsələr də, bu məzar hələ də tapılma yıb. Şayiələr var ki, bu türbə Kral Xaçındakı bir platformanın altındadır.
KRAL ALFRED
İNGİLTƏRƏNİN “böyük” adlandırılan yeganə kralı Alfredin ölümündən sonra dəfələrlə qalıq ları köçürü lüb.Türbəsi əvvəlcə “Winchester” dəki başqa bir kilsəyə, sonra isə 1100 -cü ildə Hyde Abbeyinə köçü rülüb. Ardınca həmin monastır dağıdılıb, məzar yoxa çıxıb.
BÖYÜK İSKƏNDƏR
2000 il əvvələ qədər hər gün məzarına saysız -hesabsız ziyarətçinin gəldiyi Makedoniyalı İskəndərin məzarı əvvəlcə Misirin Memfis şəhərində olub, lakin sonradan İsgəndəriyyəyə köçürülüb. Məbəd kimi xidmət edən və saysız -hesabsız ziyarətçi qəbul edən bu türbə İsgəndəriyyənin məruz qaldığı sunami nəticəsində itib və hələ də tapılmayıb.
ÇİNGİZ XAN
GİZLİ bir dəfn etmə mərasimi istəyən Çingiz xanın cəsədi xüsusi bir ordu ilə daşınıb və bu yol boyunca ordunun qarşısına çıxan hər kəs öldürülüb. Türbə yaradıldıqdan sonra, 1000 at məzarın üstündən keçib və bütün izlər məhv edilib. Çingiz xanın məzarı 800 ildən çoxdur ki, axtarılır.
HUN İMPERATORU ATİLLA
ATİLLANI biri dəmir, biri gümüş və biri qızıl olmaqla 3 tabutla çay yatağına basdırıblar və sonra çayın məzarın üstündən axması üçün cığır açıblar. Atilla türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biridir. "AVROPANIN İMPERATORU" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı olub.
KLEOPATRA VƏ MARK ENTONİ
MİSİR hökmdarı ilə eşq yaşamaq üçün Romadan qaçan Mark Antoni xoşbəxt bir həyat sürüb, ancaq cütlük düşmənləri Oktavian və ordusunun təzyiqi ilə intihar etmək məcburiy yətində qalıb. Hər iki adın məzarları hələ də tapılmayıb.
NEFERTİTİ
ÖLÜMÜNDƏN sonra məzarı tapılmayan Nefertiti türbəsinin KRAL TUTUN məzarında ola biləcəyi düşünülsə də, bu hələ də aydın məsələ deyil. Nefertiti Exnaton yeni krallığın XVIII sülaləsinin qədim MİSİR FİRONUNUN "ƏSAS HƏYAT YOLDAŞI"dır.
KRAL KAMEHAMEHA
HAVAY KRALI Kamehame hanın məzarının gizli bir mağarada gizlədildiyi iddia edilsə də, mağa ra və kralın qalıqları hələ də tapılmayıb. Kralın məzarı 200 ildir ki, axtarılır.
VOLFQANQ AMADEY MOTSART
DAHİ bəstəkar 35 yaşında öldükdə Vyanada başqa bir yoxsulun məzarına basdırılan Motsart burada 5 başqa cəsədlə birlikdə dəfn edilib. Qəbri dəfələrlə açılmış və kəllə sümüyü oğurlanan Motsartın bütün qalıqlarının harada olduğu məlum deyil.
LEONARDO DA VİNÇİ
ÖLÜMÜNDƏN sonra fransızlar tərəfindən qaçırılan və Loire Şapelində dəfn edilən Leonardo Da Vinçinin məzarı Fransız inqilabı zamanı dəyişdirilib. Lakin elm adamları başqa meyitin qalıqlarının köçürül düyünü və da Vinçinin məzarının itdiyini düşünür.
ADOLF HİTLER
SOVET İTTİFAQI 5 may 1945 -ci ildə ADOLF HİTLER və həyat yoldaşı EVA BRAUN cəsədini yeraltı bunkerdə tapıb meşədə gizlətsələr də, sonradan KQB cənazəni dəfn etmək üçün hərəkətə keçib. Sözügedən hadisə ilə bağlı bütün sənədlər sirr kimi saxlanılıb. Nasist hərəka tının bir daha alovlanmaması üçün Hitlerin məzarının sirrinin gizli saxlanıldığı düşünülür.
Sevda Amanova
TEREF





