Bəhlul dəliliyi libas etdi ki, haqqı desin. Biz isə ağıllı libası geyindik ki, haqqdan qaçaq.
12-01-2026, 00:05

Bir gün Bəhlul bazarın ortasında ayaqqabısız, üst başı köhnə halda gəzirdi. Hamı ona baxıb gülürdü.
Bir alim yaxınlaşıb dedi:
-Ey Bəhlul, Allah sənə ağıl verib, amma sən özünü dəliliyə vurursan. Bu hal sənə yaraşarmı?
Bəhlul başını qaldırdı, gözləri dolu idi:
-Mən dəliliyimi gizlətmirəm...sən isə ağlınla vicdanını gizlədirsən.
Alim çaşdı:
- Nə demək istəyirsən?
Bəhlul onu bazarın kənərına apardı.Orada bir qoca ana oturmuşdu. Əlləri əsirdi, qarşısında isə satılmamış bir tikə çörək vardı.
Bəhlul dedi:
- Bu ana dünən oğlunu torpağa tapşırdı. Bu gün isə acdır. Sən onun yanından keçdin, amma baxmadın. Çünki başını elmlə doldurmusan, ürəyində yer qalmayıb.
Alim başını aşağı saldı.
Bəhlul sözünə davam etdi:
- Mən camaatın gülüşünə qurban oldum ki, belə analar ağlamasın. Sən isə hörmətə qurban oldun ki, haqq susdurulsun.
Sonra Bəhlul cibindən bir neçə quru çörək çıxardıb, qoca anaya verdi və dedi:
-Allah bizdən ağıl yox, mərhəmət soruşacaq.
Alim ağladı...bazar susdu..
Çünki hamı anladı ki, dəli Bəhlul deyil, haqqı görüb susandır.
Son nəticə: Bəhlul dəliliyi libas etdi ki, haqqı desin.
Biz isə ağıllı libası geyindik ki, haqqdan qaçaq.
Axırda soruşulacaq olan ağıl yox, mərhəmət olacaq
Qöncə Murad