Ərəblər "Ağ Göl" və "Aran Milli qoruğu"nu məhv edir-FOTOFAKT

22-10-2018, 07:38           
Ərəblər "Ağ Göl" və "Aran Milli qoruğu"nu məhv edir-FOTOFAKT
Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən "Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib.
"Aran Milli Qoruğu" da həmçinin.
Obyektiv.info-ya verilən məlumata görə hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir. Mediaya istinadla xəbərə görə, direktor Ağ Göl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır.

Deyilənə görə, şahin quşlarının alıcısı ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır.
Son vaxtlar ərəblərin bura dadanması qoruqlarda fəlakətə səbəb olub.
Təqdim etdiyimiz fotolardan da bu görünür.http://azsiam.info/
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru