“AMAY Abdulla” yeni növ xərac toplayır -“Ödənişlə bağlı bizə heç bir sənəd verilmir”

25-10-2018, 12:38           
“AMAY Abdulla” yeni növ xərac toplayır -“Ödənişlə bağlı bizə heç bir sənəd verilmir”
“AMAY Abdulla” ləqəbi ilə tanınan iş adamı nəzarətində olan “AMAY” adlı ticarət mərkəzində icarədarlardan yeni pul yığma metodu tətbiq edib. Bu barədə məlumatı Azinforum.az İnformasiya Portalına həmin məkanda yer icarəyə götürən sahibkarlar verib. Onların sözlərinə görə , ticarət mərkəzinin işçiləri bir-bir ofislərə yaxınlaşaraq, əvvəlcədən razılaşdırılan icarə haqqından əlavə olaraq: hər ay üçün işığa görə-15 manat, ayaqyolundan istifadəyə görə- kanalizasiya haqqı olaraq 5 manat və icarədə olan otaqların hər kvadrat metri üçün əlavə ödəniş kimi 50 qəpik verilməsini tələb edirlər. Sahibkarlar qeyd edir ki, onlardan “arenda” pulları sənədləşmə əsasında alınmır: “Yəni pulu əlbəəl alıb qoyullar ciblərinə. Bizə bunla bağlı heç bir sənəd və ya ödəniş çeki də verilmir. Təbiidir ki, bu da külli miqdarda vergidənyayınma deməkdir. Abdulla müəllimin adından qoyulan yeni xərac növü icarədarlar arsında ciddi narazılıq yaradıb. Belə getsə, ofislərin çoxu boşalmış olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru