Səfər Mehdiyevin Biləsuvar gömrüyündə biyabırçılıq: Gömrük işçisi: “50 manat bas rəisin cibinə, ya da intihar elə” VİDEOFAKT

7-11-2018, 07:26           
Səfər Mehdiyevin Biləsuvar gömrüyündə biyabırçılıq: Gömrük işçisi: “50 manat bas rəisin cibinə, ya da intihar elə” VİDEOFAKT
Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.

Veteninfoaz xəbər verir ki, videioyazıda kişinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına əməkdaşlar həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

Vətəndaşların bilridiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru