Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-də hava limanında saxlanılıb

Bu gün, 09:31           
Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-də hava limanında saxlanılıb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2026-cı il dünya çempionatının finalından sonra Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiyanı Nyu-York hava limanında saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Argentinanın TN telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, AFA rəhbərinin və assosiasiyanın digər nümayəndələrinin kompüterləri və mobil telefonları müsadirə edilib.

Məhkəmə sənədlərinə əsasən, Klaudio Tapiya, assosiasiyanın xəzinədarı Pablo Toviqino və AFA rəhbəri ilə əlaqəli olduğu bildirilən iş adamı Xavyer Faroni iyulun 30-da ifadə vermək üçün ABŞ-nin Cənubi Florida Dairə Məhkəməsinə çağırılıblar.

Hadisənin AFA ilə bağlı maliyyə və kommersiya sövdələşmələrinin araşdırılması çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə, son həftələrdə Xavyer Faroni və həyat yoldaşının Cənubi Floridada ən azı dörd lüks daşınmaz əmlak obyekti alması ilə bağlı təhqiqat da genişləndirilib. Həmin əmlakların ümumi dəyərinin 11 milyon ABŞ dollarından çox olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru